“Sosial iş və sosial tədqiqat” mövzusunda beynəlxalq konfrans keçiriləcək

31.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan Universiteti, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Receb Tayyib Erdoğan Universitetinin birgə təşkilatçılığı ilə mayın 23-25-də 2-ci “Sosial iş və sosial tədqiqat” (“Social Work & Social Research”) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.

Tezislər aprelin 1-dək göndərilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью