Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə başçımız tərəfindən növbəti ildə böyük sosial islahat paketinin həyata keçiriləcəyi elan olunub.
"Cebheinfo.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında deyib.
O qeyd edib ki, minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək.
"Bu sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək",- nazir bildirib.
Sahil Babayev vurğulayıb ki, ölkəmizdə yaşayan bütün insanların rifahı siyasətin ana xəttini təşkil edir.
"Bu baxımdan 2025-ci il büdcəsi məhz sosial çağırışlara cavab vermək üçün hazırlanıb.
Dövlət büdcəsində gələn il sosial xərclərə 16,9 milyard manat vəsait ayrılıb.