Sosial media diqqəti azaldır TƏDQİQAT

08.08.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 avqust, AZƏRTAC

Avstraliyanın Svinburne Universitetində aparılan araşdırmaya əsasən, televizora baxmaq və oyunlar oynamaq gənclərdə diqqəti artırır, sosial media isə azaldır.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, 18-25 yaş arasında olan gənclər 3 dəqiqə telefonun ekranına baxdıqdan sonra əhval, enerji və diqqət dəyişikliyi hiss ediblər. Araşdırma zamanı infraqırmızı spektroskopiya texnologiyası ilə beynin müxtəlif ekran fəaliyyətlərinə verdiyi reaksiyalar ölçülüb. Məlum olub ki, oyunlar diqqəti artırır, beyni daha çox işləməyə məcbur edir. Televizora baxmaq beynin fəaliyyətini sabit saxlayır. Sosial media isə diqqəti azaldır, beyin aktivliyini zəiflədir.

Mütəxəssislər bildirirlər ki, bu nəticələr yeniyetmələrə də aiddir və sosial mediadan istifadənin təsirləri diqqətlə araşdırılmalıdır.

“Bu, sosial medianı tam qadağan etmək çağırışı deyil. Sadəcə, gənclər nəyi nə qədər istifadə etdiklərinin fərqində olmalıdırlar”, - deyə araşdırmaçılar bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью