Sosial media düşüncə tərzimizi dəyişir?

19.08.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Beyin sürətli informasiya axınına uyğunlaşır və bu, diqqəti uzun müddət bir işə cəmləməyə təsir göstərə bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova qurumun “Instagram” səhifəsində canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, insan beyni çevik orqandır və davamlı qəbul etdiyi informasiya ilə təkrarlanan davranışlara uyğunlaşır. Sosial mediada qısa videoların, ardıcıl dəyişən görüntülərin, bildirişlərin və müxtəlif məlumatların çoxluğu isə insanın diqqətinin tez-tez bir mövzudan digərinə keçməsinə səbəb ola bilər.

“Bu, sosial medianın insanın yaddaşını və ya intellektini mütləq zəiflətdiyi anlamına gəlmir. Daha çox diqqətin idarə olunmasına, uzun müddət bir işə fokuslanmağa və informasiyanı seçməyə təsirindən danışmaq olar”, - deyə L.Bəşirova qeyd edib.

Baş həkimin sözlərinə görə, sürətli informasiya axınına öyrəşən insan uzun mətnləri, o cümlədən kitabı oxuyarkən diqqətini cəmləməkdə çətinlik çəkə bilər.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью