Sosial media fenomeni Cin Əli ni 14 yaşlı qızı öldürdü

25.04.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə sosial media fenomeni qızı tərəfindən qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qaziantepin Şahinbəy qəsəbəsində baş verib.

Sosial mediada "Cin Əli" kimi tanınan 42 yaşlı Əli Bəy yaşadığı evdə 14 yaşlı E.B. ilə mübahisə edib. Mübahisə zamanı yeniyetmə qız bıçaqla atasını boynundan yaralayıb. Daha sonra isə polisə təslim olub.

Xəstəxanaya aparılan Əli Bəyin öldüyü müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью