Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müasir dövrdə sosial media təkcə ünsiyyət vasitəsi deyil, həm də ictimai nəzarət, şəffaflıq və hesabatlılıq üçün mühüm platformaya çevrilib.
Xüsusilə də dövlət məmurları və deputatlar üçün sosial media vətəndaşlarla, seçicilərlə birbaşa əlaqə qurmağın, fəaliyyətlərini ictimaiyyətə çatdırmağın və ictimai rəylə tanış olmağın effektiv yoludur.
Buna baxmayaraq, Azərbaycan Milli Məclisinin bəzi üzvləri hələ də bu imkanlardan istifadə etmir və sosial şəbəkələrdə tamamilə təmsil olunmur.
Bəzi deputatların ümumiyyətlə sosial media hesabı yoxdur, bəzilərinin hesabları uzun müddətdir fəaliyyətsizdir.
Modern.az məsələ ilə bağlı araşdırma aparıb. Araşdırmalarımıza əsasən məlum olub ki, aşağıdakı deputatların heç bir sosial media hesabları y
Bəzi deputatların sosial media hesbları olsa da, aktiv deyillər.
Buna Milli Məclisin vitse-spikeri, deputat Əli Əhmədovun “Facebook” hesabı olsa da, o axırıncı paylaşımını 26 fevral 2021-ci ildə edib.