“Sosial media məni iki dəfə ərə verib” Sevinc Əliyeva | Icma.az
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aktrisa Sevinc Əliyeva rejissor Fuad Əlişovla boşandıqdan sonra həyatında yaranan dəyişikliklərdən söz açıb.
Publika.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin “Pərvizə görə” layihəsində danışıb.
Aktrisa bildirib ki, ayrıldıqdan sonra həyata baxışı dəyişib: “Boşanma qərarından sonra həyata baxışım dəyişdi.
Karyerama yönəlmədim, əksinə sferadan getmişdim və demişdim ki, qayıtmayacağam.
Tamam başqa bir işdə, şirkətdə adminstrator kimi çalışdım, 9-da işə gedib 6-da çıxırdım. Beş-altı ay sonra dedim ki, yox, alınmır.
Həm maddi baxımdan qane etmirdi, həm də… Mənə desinlər ki, dağı dağın üstünə qoy, ya da filan işi get danış, edərəm.
Amma ofisdə otur, kompüterdə yaz, kağızı apar. Gördüm ki, bu, mən deyiləm, hər gün eyni rutin, sıxılıram.
Tam oxu
Xəbəri oxu