Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
“Əgər 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışı məhdudlaşdırılsa, bu addımın həm müsbət, həm də riskli tərəfləri ola bilər. Müsbət tərəfi ondan ibarətdir ki, uşaqlar zərərli məzmun, kibertəzyiq və asılılıq riskindən qismən qoruna bilər”.
Bu sözləri Demokrat.az-a açıqlamasınd psixoloq Günel Taleh deyib.
Onun sözlərinə görə,m bu, onların emosional sağlamlığına müsbət təsir göstərə bilər:
“Sosial media yeniyetmələr üçün təkcə əyləncə deyil, həm də ünsiyyət və özünüifadə vasitəsidir. Kəskin qadağalar tətbiq edildikdə uşaqlarda gizli davranışlar arta bilər. Valideyn-uşaq arasında etimad zəifləyə bilər. Yeniyetmə özünü başa düşülməyən və məhdudlaşdırılan hiss edə bilər. Ailədaxili münasibətlər baxımından bu cür qanun valideynlərin rolunu daha da artırır. Valideynlər qadağanedici mövqedən çox, izah edən və müşayiət edən tərəf olmalıdır. Əks halda evdə münaqişələr və nəsillərarası gərginlik yarana bilər.
O qeyd edib ki, psixososial inkişaf baxımından isə balans vacibdir:
“Sosial mediadan tam uzaqlaşdırma sosial bacarıqların inkişafını ləngidə bilər. Amma düzgün nəzarət və vaxt məhdudiyyəti uşağın real həyat əlaqələrini gücləndirə bilər. Bu səbəbdən belə bir qanun tətbiq edilərsə, onu valideyn maarifləndirilməsi və psixoloji dəstək mexanizmləri müşayiət etməlidir. Yalnız qadağa deyil, sağlam rəqəmsal vərdişlərin formalaşdırılması əsas məqsəd olmalıdır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bu sözləri Demokrat.az-a açıqlamasınd psixoloq Günel Taleh deyib.