Sosial mediada çox vaxt keçirmək başqalarına meyil etməyə, boşanmalara yol açır Psixoloq |…
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müasir dövrümüzdə sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.
İnternet və sosial şəbəkələr insanlara informasiya almaq, ünsiyyət qurmaq, özünü ifadə etmək üçün saysız imkanlar yaradır.
Lakin bu imkanların arxasında gizlənən təhlükələri də görməməzlikdən gəlmək olmaz.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirdi ki, bu gün biz sosial media dövründə yaşayırıq.
Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də insanların həyatının demək olar ki, çox hissəsini internet əhatə edir: "Təəssüf ki, bunun artıq yaş kateqoriyası da yoxdur.
İnsanlar sosial mediadan özünü inkişaf etdirmək üçün, boş vaxtını doldurmaq üçün, xəbərləri öyrənmək üçün, dünyada baş verən hadisələri izləmək üçün, bəzən də öz həyatını paylaşmaq, özünü reklam etmək, başqalarının yaşayışını izləmək, peşəsini paylaşmaq və s.
üçün bu və ya digər formada istifadə edirlər. Bəzən sosial mediada həddindən artıq vaxt keçirmək həyatımıza mənfi təsir edir.
Tam oxu
Xəbəri oxu