Sosial mediadan uzaqlaşmaq üçün 5 effektiv üsul

21.04.2025

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər sosial mediada zaman keçirmək insanlarda tənbəllik yaradan amillərdəndir. Əgər ekran qarşısında keçirdiyiniz vaxt artıb və bu sizi narahat edirsə, lakin sosial mediadan da uzaq qala bilmirsinizsə, bu 5 tövsiyyə ilə asüdə zamanınızı daha əlverişli keçirə bilərsiniz.

Sfera.az sizə özəl tövsiyyələri təqdim edir: 

Tətbiqlərə zaman məhdudiyyəti təyin edin

Telefonunuzda istifadə etdiyiniz sosial media tətbiqlərinə ayrı-ayrılıqda vaxt məhdudiyyəti qoyun. Bu limitləri keçmək mümkün olsa da, zamanla sərf etdiyiniz vaxtın azaldığını müşahidə edəcəksiniz.

Bildirişləri deaktiv edin

Paylaşıma gələn hər bəyənmə, şərh və cavabla bağlı bildiriş almaq sizi daim sosial mediaya yönləndirir. Bu xəbərdarlıqları bağlayaraq diqqət dağınıqlığının qarşısını ala bilərsiniz.

Bəzi səhifə və şəxsləri izləməkdən imtina edin

Hər zaman izləmək istəmədiyiniz səhifə və ya şəxslərdən bir müddətlik uzaqlaşın. Bu addım həm də rəqəmsal dağınıqlığı aradan qaldırmağa kömək edəcək.

Tətbiqləri əsas ekrandan uzaqlaşdırın

Çox istifadə etmək istəmədiyiniz tətbiqləri telefonunuzun əsas ekranından kənara, başqa səhifəyə keçirin. Bu, tətbiqi açmadan öncə düşünməyə vadar edəcək və vərdişin qarşısını alacaq.

Həftəsonu tətbiqləri silin

Cümə günü sosial media tətbiqlərini telefonunuzdan silin və yalnız bazar ertəsi yenidən yükləyin. Bu üsulla istifadənizi müəyyən günlərlə məhdudlaşdıra bilərsiniz.

Fidan Hacızadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью