Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son illər sönük xaraker alan Azərbaycan siyasi səhnəsində partiyaların fəaliyyəti səbatsız tiktokerlərin aktivliyindən belə xeyli aşağıdır. Maraqlı budur ki, partiya rəhbərliyi ənənəvi mətbuatda görünməyə də ehtiyatlı yanaşır.
Görünür, onlar ənənəvi mediada istənilən açıqlama və ya müsahibənin indiki həssas məqamda böyük məsuliyyət tələb etdiyinin fərqindədir. Bəs partiya sədrləri və funksionerləri sosial mediada niyə aktiv deyillər?
Hətta elə partiya sədrləri var ki, ümummiyyətlə, sosial mediada profil sahibi belə deyil.
Mia.az-ın əməkdaşı kişik araşdırma iə müəyyən edib ki, sosial və ənənəvi mediada ən aktiv partiya sədri Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır. Fazil bəy Feysubuk-da ən aktiv və aktual fikirləriylə seçilən siyasətçilərdəndir.
Ədalət partiyasının sədri Mütəllim Rəhimli, həbsinə qədər AXCP sədri Əli Kərimli, AMİP sədir Arzuxan Əizadə, Milli Cəhbə Partiyasının sədri Razi Nurulllayev də sosial və ənənəvi mediada kifayət qədər aktivdir.
Müsavat başqanı İsa Qəmbər siyasətdə olduğu kimi, sosial mediada da ləng davranır.
Əli İnsanov isə yalnız partiyanın iclasları haqqında press-relizləri paylaşmaqla "Feysbuk"dakı missiyasını bitmiş sayır.
Araşdırma zamanı aydın olub ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vəhdət Partiyasının keçmişi qaranlıq suallarla zəngin sədri Aydəm İsmayılov, ADP sədri Sərdar Cəlaloğlu, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, İslahatlar Partiyasının sədri Asim Mollzadə və daha bir neçə partiya liderinin də Feysbuk və digər sosial media platformalarında şəxsi səhifə və ya profilləri yoxdur.
Digər bir neçə partiya sədri var ki, onlar da hərdən bir "dişsiz paylaşım" etməklə "Mən də varam" deməyə çalışır.
Mia.az-ın bu istiqamətdə araşdırması və partiya sədrlərindən məsləyə münasibətləri olacaq.
F.ƏHMƏD
MİA.AZ