Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq. “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəs
Axar.az-ın məlumatına görə, layihə barədə məlumat verən İctimai Birliyin sədri Aynur Camalqızı bildirib ki, məqsəd sosial mövzular, xüsusilə
Gender problemi, ailədaxili şiddət, qadın zorakılığı, erkən nikahlar və insan alveri üzrə mövzular mətbuatda xüsusi üstünlük təşkil edir.
Bu mövzulardakı materialların peşəkar səviyyədə hazırlanmasına ehtiyac vardır.
Hesab edirik ki, sosial xarakterli mövzular peşəkar səviyyədə hazırlanması üçün jurnalistlərə vaxtında, onlar hələ redaksiyada işə başlamadan öncə təlimlər keçirilməli, lazımi biliklər öyrədilməlidir.
Ayrı-ayrı jurnalist təşkilatları, eləcə də beynəlxalq qurumlar və səfirliklər buna yönələn təşəbbüslər həyata keçirsələr də xüsusilə də gənc jurnalistlərin və jurnalistika fakültələrinin tələbələrinin peşəkarlıqlarının artırılmasını vacib hesab edirik”.
A.Camalqızı qeyd etdi ki, 3 ay davam edəcək layihə çərçivəsində sosial mövzulardan yazan 24 jurnalist üçün təlim keçiriləcək.
Təlimdə iş təcrübəsi 3 ildən az olan jurnalistlər, o cümlədən jurnalistika fakültələrinin tələbələri iştirak edə bilərlər.