Axar.az saytına istinadən Icma.az xəbər verir. “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəy
Axar.az xəbər verir ki, layihə barədə məlumat verən İctimai Birliyin sədri Aynur Camalqızı məqsədin sosial mövzular, xüsusilə də gender prob
“Qadın problemlərinin həllinə dəstək məqsədi ilə yaratdığımız “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi yarandığı gündən daim sosial məsələl
Gender problemi, ailədaxili şiddət, qadın zorakılığı, erkən nikahlar və insan alveri üzrə mövzular mətbuatda xüsusi üstünlük təşkil edir.
Bu mövzulardakı materialların peşəkar səviyyədə hazırlanmasına ehtiyac vardır.
Hesab edirik ki, sosial xarakterli materialların peşəkar səviyyədə hazırlanması üçün jurnalistlərə vaxtında, onlar hələ redaksiyada işə başlamazdan öncə təlimlər keçirilməli, lazımi biliklər öyrədilməlidir.
Ayrı-ayrı jurnalist təşkilatları, eləcə də beynəlxalq qurumlar və səfirliklər buna yönələn təşəbbüslər həyata keçirsələr də, xüsusilə gənc jurnalistlərin və jurnalistika fakültələrinin tələbələrinin peşəkarlıqlarının artırılmasını vacib hesab edirik”.
A.Camalqızı qeyd edib ki, 3 ay davam edəcək layihə çərçivəsində sosial mövzulardan yazan 24 jurnalistə təlim keçirilməsi nəzərdə tutulur: “Təlimdə iş təcrübəsi 3 ildən az olan jurnalistlər, o cümlədən jurnalistika fakültələrinin tələbələri iştirak edə bilərlər.