Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır" deyən cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətti də məhz vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsidir.
Ölkə.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib.
“Cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir.
3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əməkhaqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq”, - o qeyd edib.
Deputat təəssüflə qeyd edib ki, bir sıra marjinal siyasi qruplar hətta sosial islahatlara belə kölgə salmağa çalışırla: “Bir sıra vacib göstəricilərə diqqət ayıraq: yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək.