Sosial müavinət və təqaüdlərin artırılması niyə gecikir? TƏHLİL | Icma.az
Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Diqqəti cəlb edən odur ki, dövlət büdcəsi mədaxilinin əsasını təşkil edən Dövlət Neft Fondundan (ARDNF) transfert 4 milyard 579 milyon 100 min manat təşkil edərək, ilk dörd ay üçün nəzərdə tutulandan 247 milyon 900 min manat və ya 5,1% azdır.
Bu il ərzində ARDNF-dən dövlət büdcəsinə 14 milyard 481 milyon manat köçürülməlidir ki, bu da 37,8% mədaxil deməkdir.
Sual yaranır ki, hər şey yaxşıdırsa, bəs müavinət və təqaüdlərin artırılması niyə gecikir?
Bu il Prezident İlham Əliyevin sərəncamı ilə minimum aylıq əməkhaqqı məbləğinin 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməsilə ölkədə 2019-cu ildən bəri həyata keçirilən sayca 5-ci sosial islahat paketinin icrasına başlandığı elan olundu.
Bütövlükdə paketin icrasından 3 milyon vətəndaş yararlanacaq.
Bura daxil olan addımların bəziləri - müxtəlif sahələrdə əməkhaqqlarının artırılması, əmək pensiyalarının indeksləşdirilərək yanvarın 1-dən yüksəldilməsi, fevralın 1-dən isə minimum pensiya məbləğinin 14,3% qaldırılaraq 320 manat müəyyən olunması artıq atılıb.
Lakin sosial islahat paketi çərçivəsində sosial müavinət və təqaüdlər də artırılmalıdır.
Tam oxu
Xəbəri oxu