Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondundan Lent.az-a bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçün birdəfəlik müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub.