Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sosial müavinətlərin və təqaüdlərin bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.