Icma.az bildirir, Tribuna saytına əsaslanaraq. - + Tribunainfo.az yazar Dəniz Pənahovanın Sosial Müdafiə Fondu ilə bağlı tənqidi yazısını tə
Bildiyiniz kimi Ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün bir sıra absurd şərtlər var.
Düzü mənim özüm də gənc ailələr üçün nəzərdə tutulmuş həmin sosial yardımdan alıram, fəqət, yazmasam olmazdı.
Aztəminatlı ailələr üçün nəzərdə tutulmuş bu layihənin bir çox gülməli, eyni zamanda ağlamalı tərəflərini sadalayacağam.
Qarşılaşdığım hər kasıb insan üçün, sözün əsil mənasında, ehtiyacı olan ailələr üçün bu yardımı ala bilsinlər deyə, lazım olan sənədlərdən agah edirəm.
Fəqət, sənədlər qaydasında olsa belə, sənin evinə baxış keçirmək üçün gərək dəridən qabıqdan çıxasan, mediada işıqlandırıb onları rüsvay edəsən ki, onlar da gəlib sənin evinə baxış keçirsin.
Soyuducunun içinə kimi kamera ilə baxırlar. Evdəki otaqların qapıları taybatay açıq olmalıdır ki, onların pulgir qəlbinə zərrə qədər də şübh
Şayət, evdə artıq bir adam olarsa, lap tutaq ki, qonşun gəlib sizə, elə biləcəklər ki, sizinlə yaşayan, sizə yardım edən bir kəsdir.