Sosial ödəniş alanların nəzərinə

26.11.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bununla da bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.

Belə ki, noyabrın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları,

noyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin noyabr ayı üzrə pensiyaları,
bu gün, noyabrın 26-da isə noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью