Sosial ödənişlər verildi Əhalinin NƏZƏRİNƏ!

16.03.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları da ödənilib.

Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.

"Fond bu ayın bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırıb. Bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib",- nazirlikdən bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью