Sosial pulu üçün 12 dəfə evlənibboşanan ərarvad dələduzluqda ittiham olundu Xəbər saytı So…
Icma.az, Baku.ws saytına istinadən bildirir. Avstriyada 73 yaşlı təqaüdçü qadın sosial ödənişlər almaq məqsədilə ərilə 12 dəfə evlənib boşan
BAKU.WS Bild-ə istinadən xəbər verir ki, hazırda cütlük dələduzluqda ittiham edilir.
Məlumata görə, bu sxem vasitəsilə ər-arvad Avstriyanın pensiya sığortası fondundan 326 min avro əldə edib.
Bu ilin mart ayında Vyana Ali Məhkəməsi alınan ödənişləri haqsız hesab edib və işi yenidən araşdırmaq üçün Ştiriya polis idarəsinə göndərib.
Polis bu nikah və boşanmaları "hüquqdan sui-istifadə" kimi dəyərləndirib.
Bildirilir ki, qadın 1981-ci ildə ilk ərinin vəfatından sonra "dul pensiyası" almağa başlayıb və Avstriya qanunvericiliyinin bu özəlliyindən maksimum istifadə etməyə qərar verib.
Bu qanuna əsasən, həyat yoldaşı itirildiyi halda 27 min avro "çıxış müavinəti" ödənilir.
1982-ci ildə qadın yenidən evlənib, beş ildən sonra isə ərinin peşəsi - yük maşını sürücüsü olması ilə əlaqədar "qeyri-mümkün ailə həyatına" görə boşanma ərizəsi verib.
Tam oxu
Xəbəri oxu