Sosial sahə üzrə e sistemlərə 361 milyon sorğu və müraciət daxil olub

18.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5,5 milyon müraciət daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə e-infrastruktur üzərindən 243 min təyinat proaktiv qaydada həyata keçirilib. Eyni zamanda, əmək, məşğulluq və sosial müdafiə sahələri üzrə 652 min elektron arayış verilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizi rəqəmsal qaydada təqdim olunur. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası təmin edilib.

Digər qurumlardan gələn sorğular da daxil olmaqla, cari ilin 10 ayı ərzində nazirliyin e-sistemləri üzərindən ümumilikdə 361 milyon sorğu, müraciət və xidmət qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью