Sosial sahibkarlığın yüksəlişi: İctimai problemlər necə həll oluna bilər?

03.02.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclər arasında sosial sahibkarlığa marağın artması, dövlət və qeyri-dövlət qurumlarının bu sahəyə dəstəyini daha da gücləndirib.

İctimai problemlərin innovativ yanaşmalarla həllini hədəfləyən startapların təşviqi həm iqtisadi fəallığı artırır, həm də sosial rifahın yaxşılaşdırılmasına xidmət edir.

Bu kontekstdə sosial sahibkarlıq təşəbbüslərinin cəmiyyətin real ehtiyaclarına uyğun həllər təklif etməsi, onların ictimai problemlərin aradan qaldırılmasına nə dərəcədə mühüm töhfə verə biləcəyi sualını gündəmə gətirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, sosial sahibkarlıq təşəbbüsləri yalnız iqtisadi fəaliyyət deyil, eyni zamanda cəmiyyətin üzləşdiyi real problemlərə innovativ və davamlı həll mexanizmləri təqdim edə bilir.

"Bu cür startaplar işsizlik, sosial bərabərsizlik, həssas qrupların məşğulluğu, ekoloji çağırışlar kimi sahələrdə konkret nəticələr əldə etməyə imkan yaradır. Ən önəmlisi isə problemlərin birdəfəlik deyil, uzunmüddətli və özünü maliyyələşdirən modellər əsasında həllinə şərait yaratmaq gücündədir",- deyə parlament üzvü vurğulayıb.

Razi Nurullayev: Sosial sahibkarlığın hüquqi, maliyyə və institusional dəstək mexanizmləri daha da gücləndirilməlidir

Deputatın sözlərinə görə, gənclərin sosial sahibkarlığa cəlb olunması onların aktiv vətəndaş mövqeyini gücləndirə, təşəbbüskarlıq və məsuliyyət hissini artıra bilər:

"Bu yanaşma eyni zamanda dövlətin sosial yükünü azaldar və ictimai rifahın yüksəlməsinə töhfə verər".

Həmsöhbətimiz hesab edir ki, sosial sahibkarlığın hüquqi, maliyyə və institusional dəstək mexanizmləri daha da gücləndirilməli, gənclərin bu sahədə ideyalarını reallaşdırmaları üçün əlverişli mühit yaradılmalıdır:

"Bu, həm gənclərin inkişafı, həm də cəmiyyətin dayanıqlı gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью