Sosial şəbəkə hesabı olan nazirlər Ən çox izləyicisi olanlar KİMLƏRDİ... | Icma.az
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün dünyada əksər məmurlar, hətta dövlət başçıları sosial şəbəkələrdən istifadə edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da sosial şəbəkə hesabları var.
Maraqlıdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarının hansının rəhbəri sosial şəbəkə hesabına malikdir?
Modern.az bunu araşdırıb. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkədə aktivdir. Onun X və Facebook hesabları var.
Naziri X-də 7425, Facebook-da isə 12203 nəfər izləyir. Elm və təhsil naziri Emin Əmrullayev də sosial şəbəkədə olduqca fəaldır.
Onun Facebook, İnstagram və X hesabları mövcuddur. Naziri Facebook-da 108.428, İnstagram-da 56,6 min, X-də isə 20 mindən çox adam izləyir.
Gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkələrdə paylaşımlar edən məmurlardandır.
Tam oxu
Xəbəri oxu