Sosial şəbəkə platformaları: Müasir idarəçilər kimlərdir?

28.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə fəaliyyət göstərən kontent yaradıcıları və blogerlər insanların alış-veriş seçimlərinə getdikcə daha çox təsir edir.

"Cebheinfo.az" xəbər verir ki, müxtəlif yaş kateqoriyalarına aid şəxslərin sosial şəbəkə tövsiyələri əsasında üstünlük verdiyi məhsullar da dəyişir.

ABŞ-nin Texas ştatında yerləşən, istehlakçı davranışları və onlayn alış-veriş üzrə araşdırmalar aparan “Bazaarvoice, Inc.” şirkətinin məlumatlarına əsasən, 18–34 yaş aralığında olan respondentlərin 53 faizi sağlamlıq və gözəllik məhsullarını kontent yaradıcılarının tövsiyəsi əsasında aldığını bildirib.

Bu yaş qrupunda geyim məhsullarına maraq da yüksəkdir. Belə ki, respondentlərin 41 faizi geyim alışında kontent yaradıcılarının məsləhətlərindən təsirləndiyini qeyd edib.

35–54 yaşlı istehlakçılarda isə ərzaq və gündəlik tələbat məhsullarına maraq daha çoxdur. Bu yaş qrupunda respondentlərin 30 faizi ərzaq və içkiləri, eyni zamanda 30 faizi gündəlik ərzaq məhsullarını kontent yaradıcılarının tövsiyəsi ilə aldığını bildirib.

55 yaşdan yuxarı şəxslərdə də sosial media tövsiyələrinin təsiri müşahidə olunur. Bu qrupda sağlamlıq və gözəllik məhsulları üzrə göstərici 44 faiz təşkil edib.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью