Sosial şəbəkədə canlı yayın açıb intihara cəhd etdi VİDEO

26.11.2024

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkədə canlı yayın açıb intihara cəhd etdi - VİDEO

Sinopda 43 yaşlı E.Abdullah sosial şəbəkədə canlı yayım edərək intihara cəhd edib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saat 01:00 radələrində Manolya Sitesi ərazisində baş verib. Əldə edilən məlumata görə, E.Abdullah sosial şəbəkədə canlı yayım edərək intihara cəhd edib. Hadisəni görən həyat yoldaşı dərhal vəziyyəti 112-yə xəbər verib.

Xəbər üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilərkən, dostu da həmin an orada qapını sındıraraq içəri daxil olub və şəxsi kəndirdən xilas edib. İlk müdaxilə zamanı huşunun yerində olduğu təsbit edilən şəxs sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью