“Sosial şəbəkədə hamı məni söyür Səriyyənin baş qəhrəmanı danışdı | Icma.az
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq. “Səriyyə” filmi ekrana çıxandan sosial şəbəkələrdə hamı məni söyür.
Xətrimə dəyən odur ki, obrazı yox, məni söyürlər. Sənətdən başı çıxan adam belə eləməz təbii ki, anlamayanlar söyür.
Nə edim, mənim də bəxtimə belə rollar düşür” Bu fikirləri Lent.
az-a son zamanlar haqqında çox danışılan “Səriyyə” filmində Raqif rolunu canlandırmış aktyor Niyaz İlyasoğlu səsləndirib.
“Raqif 14 yaşlı qızla evlənmək istəyən varlı bir adamdır və pul gücünə, əslində Səriyyənin dediyi kimi, 5 qoyunun əvəzində qızı atasından almaq istəyir.
Əslində Raqifi də belə erkən nikaha icazə verənləri, razı olanları da pedofil hesab edirəm. İstəmirdim bu rola çəkilmək.
Amma sonra düşündüm ki, maarifləndirici filmdir, göstərmək lazımdır. Görünür yaxşı oynamışam ki, insanlarda belə qıcıq yaranıb.
Məncə aktual mövzudur. Təəssüf edirəm ki, aktualdır və Azərbaycan üçün lazımlı mövzudur. Belə filmlər çəkilməlidir”,- deyə o bildirib.
Tam oxu
Xəbəri oxu