Sosial şəbəkədə satılan dərmanlar dərdə dərman olurmu?

31.05.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Tez-tez sosial şəbəkələrdə müxtəlif dərmanların satışının təşkil olunduğunu müşahidə edirik.

Müxtəlif vitaminlər, kökəlmək, arıqlamaq üçün dərmanlar, ağrıkəsiciləri sosial şəbəkənin müxtəlif səhfələrindən əldə etmək mümkündür. 

Professor Adil Qeybulla Hit.az-a bildirib ki, dərman vasitələrinin reklamı isə qanunla qadağandır: 

“Sosial şəbəkədə təbliğ olunan dərmanların tərkibi, onun insanlara təsir mexanizmini məlum deyil. Ona görə də, əhaliyə tövsiyyə olunur ki, sosial şəbəkələr üzərindən dərman almasınlar. Çünki , bu genofondun sağlamlığı məsələsidir. Həkim məsləhəti olmadan dərmanların qəbul edilməsi təhlükəlidir. Ölkəyə gələn bütün dərmanlar dövlət reyestrindən keçirilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью