Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Sosial şəbəkələrdə yayılan bir muğam parçası izləyicilər arasında müzakirələrə səbəb olub.
Kult.az xəbər verir ki, sözlərinin Nüsrət Qaraqoyunluya aid olduğu bildirilən bu muğam parçasının ifaçısı kimi mərhum xalq artisti Qəndab Quliyeva göstərilib.
Bəziləri isə bu ifanın Qəndab xanıma aid olmadığını, muğamı xalq artisti Bilal Əliyevin oxuduğunu vurğulayıb. Çüzakirə artıq bir neçə gündür ki, müxtəlif platformalarda davam edir.
Xalq artisti Bilal Əliyev saytımıza açıqlamasında bildirib ki, bu ifa ona aid deyil.
“Bu, Qəndab xanımın səsi üzərində süni intellektlə hazırlanmış ifadır”, - o qeyd edib.