Sosial şəbəkələr özünəinamı necə sarsıdır?

18.10.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bu fikri məşhur psixoloq Yekaterina Katalina Rusiya mediasına verdiyi müsahibədə deyib. O, daha çox həssas insanlara sosial şəbəkələrin neqativ təsirləri barədə barədə xəbərdarlıq edib.

Mütəxəssis qeyd edib ki, sosial şəbəkələrdə başqalarının nailiyyətlərinin bir növ sonsuz vitrini formalaşır. Hansı ki, insanlar özlərinin gündəlik həyatlarını bu vitrində hamıya nümayiş etdirilən uğur, nailiyyət, qazanc və s. ilə müqayisə edirlər. Psixoloq qeyd edib ki, bu mövzuda xüsusən də müqayisə etməyə güclü meylli olanlar, özünü dəyərləndirmədə qeyri-sabit olanlar və real həyatda, üz-üzə ünsiyyət qura bilməyən insanlar həssaslıq nümayiş etdirirlər.

Bununla belə Katalina onu da əlavə edib ki, sosial media insanların dost və ya təhsil resursları tapmasına imkan vermək kimi mühüm məsələlər də dəstək ola bilir. Psixoloq bildirib ki, vacib olan təkcə bu cür platformalardan istifadə faktı deyil, həm də insanın onlardan necə istifadə etməsidir.(Publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью