Sosial şəbəkələr: xaotik durumdan hüquqi tənzimləməyə | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müşfiq ƏLƏSGƏRLİ,media eksperti Sosial şəbəkələrin təsir dairəsi sürətlə artır.
Son statistikaya görə, dünya əhalisinin 70 faizə yaxını bu platformalardan istifadə edir.
Azərbaycanda da durum təqribən eynidir: əhalinin 65 faizdən çoxu sosial şəbəkə istifadəçisidir.
Bu cür geniş auditoriyaya malik platformalarda söyüş, təhqir, kobud jestlər, əxlaqsız ifadələr və etik normalara zidd məzmunun yayılması ciddi narahatlıq doğurur.
Nəzərə almaq lazımdır ki, sosial şəbəkə platformalarındakı paylaşımlar təkcə fərdi davranış məsələsi deyil, eyni zamanda, cəmiyyətin ümumi mənəvi mühitinə, xüsusilə gənclərin, yetkinlik yaşına çatmayan şəxslərin dünyagörüşünə mənfi təsir göstərir.
Dövlətin sosial şəbəkə platformalarında hüquqi çərçivəni dəqiqləşdirməsi ictimai maraqların qorunması baxımından zəruridir.
Bu kontekstdə yanaşsaq, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişiklikləri təsdiqləməsi Azərbaycanda rəqəmsal mühitin hüquqi tənzimlənməsi üçün mühüm mərhələ hesab oluna bilər.
Tam oxu
Xəbəri oxu