Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları müəyyənləşib

17.12.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Premyer Liqası və I Liqasında çıxış edən klubların feysbuk və instaqram sosial şəbəkələrindəki izləyici sayına görə statistikası açıqlanıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, siyahıya “Qarabağ” (feysbuk – 233000, instaqram – 724 000) başçılıq edir. “Neftçi” (173 000 / 124 000) ikinci, “Qəbələ” (113 000 / 45 400) isə üçüncüdür.

Növbəti sıralarda, müvafiq olaraq, “Sabah” (43 000 / 62 700), “Zirə” (16 000 / 38 900), “Sumqayıt” (15 000 / 33 000), I Liqa təmsilçisi “Səbail” (31 000 / 24 400), “Turan Tovuz” (11 000 / 21 000), “Şamaxı” (13 000 / 14 100), və “Araz-Naxçıvan” (8 200 / 11 300) yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью