Sosial şəbəkələrdə ən populyar 10 futbol klubu SİYAHI

16.06.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın "Real Madrid" klubu sosial şəbəkələrdə izləyicilərin sayına görə dünyanın ən populyar klubudur.

Oxu.Az bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CIES) istinadla xəbər verir.

Sosial şəbəkələrdə "Kral klubu"nun hesablarını 474 milyon nəfər izləyir.

CIES-ə görə sosial şəbəkələrdə dünyanın ən populyar 10 klubu (sayı milyonlarla göstərilir):

1. "Real" (Madrid) - 474;

2. "Barselona" - 427;

3. "Mançester Yunayted" - 234;

4. PSJ - 199;

5. "Mançester Siti" - 180;

6. "Yuventus" - 175;

7. "Liverpul" - 167;

8. "Çelsi" - 153;

9. "Bavariya" - 149;

10. "Arsenal" - 114.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью