Sosial şəbəkələrdə izləyici sayı baxımından ən populyar Azərbaycan futbol klubları bəlli olub

17.12.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqası və birinci Liqasında çıxış edən klubların “Facebook” və “Instagram” sosial şəbəkələrindəki izləyici sayına görə statistikası açıqlanıb.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, siyahıya “Qarabağ” (“Facebook” – 233000, “Instagram” – 724 000) başçılıq edir. “Neftçi” (173 000 / 124 000) ikinci, “Qəbələ” (113 000 / 45 400) isə üçüncüdür.

Növbəti sıralarda, müvafiq olaraq, “Sabah” (43 000 / 62 700), “Zirə” (16 000 / 38 900), “Sumqayıt” (15 000 / 33 000), I Liqa təmsilçisi “Səbail” (31 000 / 24 400), “Turan Tovuz” (11 000 / 21 000), “Şamaxı” (13 000 / 14 100) və “Araz-Naxçıvan” (8 200 / 11 300) yer alıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью