Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni təsdiqlənən qanuna əsasən sosial şəbəkələrdə qeyri-etik ifadələrdən və təhqir xarakterli sözlərdən istifadəyə qadağa qoyulub.
Buna baxmayaraq, yazıçı Şərif Ağayar qeyri-etik və təhqir dolu hesab edilən post paylaşıb.
Bu isə cəmiyyətdə suallar doğurur: yeni qanunun qüvvəyə minməsindən sonra sosial şəbəkələrdə bu cür paylaşımlar edən şəxsləri hansı cəzalar gözləyir?
Belə hallarda hüquqi məsuliyyətin yaranması üçün mütləq şikayət olunmalıdırmı, yoxsa bu paylaşımlara nəzarət edən və reaksiya verən müvafiq qurumlar mövcuddur?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hüquqşünas Cavanşir Qasımzadə bildirdi ki, sosial şəbəkədə təhqir olunmuş şəxs özü zərərçəkən şəxs qismində Cinayət Məcəlləsinin 148-ci maddəsi - təhqir maddəsi üzrə şikayət edə bilər.
Onun sözlərinə görə, bu halda o, zərərçəkən şəxs qismində tanınır: "Amma sonuncu qanunvericilik dəyişikliklərinə əsasən, bəli, ayrıca cərimə də nəzərdə tutulur.
Bu isə inzibati xəta həddində ayrıca cərimə ilə nəticələnir.