Sosial şəbəkələrdə təhqir və böhtan hansı hallarda cinayət məsuliyyətinə səbəb olur? | Icm…
Icma.az, Missiya.az portalına istinadən məlumat verir. Artıq günümüzdə internet resurslarında təhqir, böhtan bəzi şəxslər üçün adi hala çevr
Xüsusilə dövrümüzdə aktiv istifadə edilən tiktok sosial şəbəkəsində belə hallar daha çox müşahidə olunur.
İnsanlar bir-birilərinin ünvanına ağır sözlər deyirlər, qeyri-etik ifadələr işlədirlər.
Ya da hansısa məşhura qarşı hörmətsizlik edir, təhqiramiz sözlər yazırlar. Bunu bəzən saxta profil açaraq, öz adlarını gizlədərək edirlər.
Zaman-zaman mediada hansısa bir şəxsin ünvanına qərəzli, böhtan xarakterli materialların, və yaxud təkzib olunmuş məlumatların dərc edildiyini də görürük.Bəs sosial platformalarda bütün bu amillərə qarşı qanunvercilikdə hansı qanunlar yer alır?Hüquqşünas Rövşən Qasımov Missiya.Az-a açıqlamasında bildirib ki, müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə alətinə çevrilib:"Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar.Günümüzdə olan ən önəmli məsələlərdən biri sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtana görə nəzərdə tutulan məsuliyyətlə bağlıdır.Azərbayan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.
Tam oxu
Xəbəri oxu