Sosial şəbəkələrdə yayılan sahibkarlıq: Hansı cəza gözləyir?

02.02.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xüsusilə social şəbəkə reklamlarından bəzən aydın olur ki, bir sıra şəxslər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Zaman-zaman bu cür hallara qarşı cəza tədbirlərinin olduğunu da müşahidə etmək olur.

Ancaq maraqlıdır, sahibkarlıq fəaliyyəti məşğul olan şəxsləri konkret olaraq hansı cəza gözləyir?

Bu barədə hüquqşünas Uğur Əliyev Gununsesi.info-ya danışıb.

O bildirib ki, qanunsuz sahibkarlıq fəaaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyətidir:

“Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, bu fəaliyyət ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, – deyə hüquqşünas qeyd edib.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью