Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial şəbəkə platformalarında yeni növ dələduzluğun yayılması ilə bağlı xəbərdarlıqlar yayımlanır.
Belə ki, guya müxtəlif şəxslər telefonla insanlara zəng edir, peyvənd olunmusunuzsa, “1” düyməsinə basmağınızı xahiş edirlər.
Basdıqdan sonra isə dərhal telefonunuz bloklanır və telefonunuza kiberhücum olur. Nəticədə bank məlumatları oğurlanır.
DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi, polis kapitanı Nurlan Əliyev “Xəzər Xəbər”ə bildirib ki, bununla bağlı indiyə qədər polisə bununla bağlı şikayət daxil olmayıb.
Ehtimal olunur ki, bildiriş saxtadır. Kiber təhlükəsizlik üzrə ekspert Azər Əlili bildirib ki, təkcə “1” düyməsinə basmaqla telefon məlumatl
Ekspert deyib ki, belə saxta “xəbərdarlıq”ların paylaşılması adətən reytinq xatirinə olur.
Bildirilib ki, ümumiyyətlə, şübhəli nömrədən gələn istənilən zəngi avtomatik report etmək lazımdır.