Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır 300 bal toplayan məktəbli | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncə şəhər 26 nömrəli Fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin şagirdi Nəzrin Abbasova tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanında maksimum bal toplayıb.
Modern.az xəbər verir ki, “Azərbaycan müəllimi” qəzeti yüksək nəticə göstərən Nəzrinin təəssüratlarını öyrənib.
– Nəzrin, müəllimlərin sənin yüksək nəticə əldə edəcəyinə inanırdılar? – Bəli, müəllimlərim 300 bal toplayacağıma tam əmin idilər.
Onların bu inamı məni daha da ruhlandırırdı. Bu motivasiya ilə çalışmaq mənə əlavə güc verirdi.
– Hazırlaşma prosesində sənin üçün hansı amillər daha önəmli oldu: zəhmət, yoxsa planlama? – Məncə, hər iki faktor vacibdir.
Zəhmətsiz nəticə mümkün deyil. Amma vaxtını düzgün planlamasan, əziyyətin də səmərəsiz ola bilər. Mən gündə 6-7 saat dərs oxuyurdum.
Ən çox diqqət yetirdiyim fənn isə çox sevdiyim riyaziyyat idi. – Bu qədər oxumaq üçün insanın içində motivasiya olmalıdır.
Tam oxu
Xəbəri oxu