“Sosial şəbəkələrə giriləsi deyil, biabırçılıqdır”

31.10.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sosial şəbəkələrə giriləsi deyil, biabırçılıqdır. Bu səviyyənin adını nə qoymaq olar? İtin günündədir sosial şəbəkələr. Kimləri paylaşırlar?”.

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev “Künc-bucaq” yutub layihəsində deyib. Sosial şəbəkələrdən şikayətlənən aktyor televiziyadakı qadağaların yaxşı olduğunu bildirib:

“Həddindən artıq ucuz sabun köpüyü heç kimə lazım deyil. İndi görmürük, lap yaxşı. Sosial şəbəkələrdəkilərlə mübarizə üsulu aparmaq lazımdır. Deyirlər, başqa ölkələrdə betərdir. Yalan danışmayın, başqa ölkəyə şər atmayın. Heç bir ölkədə bunlar yoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью