Sosial şəbəkələrin yeniyetmələrə vurduğu ZƏRBƏ Ölkəmizdə niyə qadağalar TƏTBİQ OLUNMUR? | …
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəmiyyəti, valideynləri ən çox narahat edən məsələlərdən biri də azyaşlı, məktəbli uşaqların sosial şəbəkələrdən istifadəsidir.
Onları bu platformalarda şiddət, bayağılıq və digər zərərli davranışları təbliğ edən foto, video və paylaşımlardan uzaq tutmaq bu gün olduqca çətin, hətta mümkünsüzdür.Üstəlik sosial şəbəkələrin azyaşlılara, yeniyetmələrə mənfi təsiri də göz qabağındadır.
Çünki sosial mediada uzun müddət vaxt keçirmək təkcə yeniyetmələrin sağlamlığına ciddi zərər vurmur, eyni zamanda onların mənəvi-psixoloji inkişafına da mənfi təsir göstərir.
Dünya təcrübəsiMəktəblilərin daha işıqlı, faydalı məsələlərə həsr olunacaq vaxtına qənim kəsilən sosial şəbəkələri onların həyatından çıxarmaq üçün dünya ölkələri müxtəlif metodlar tətbiq edirlər.Norveç və Avstraliyada artıq uşaqların sosial şəbəkədən istifadəsi qanunla qadağan edilib.
Bundan əlavə, artıq Türkiyə hakimiyyəti də16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunlar qəbul etməyi planlaşdırır.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk" telekanalının efirində deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə uşaqlar üçün faydalı heç nə yoxdur:"Bu yaxınlarda Türkiyədə baş verən bəzi hadisələr bunu təsdiqləyir.
Tam oxu
Xəbəri oxu