Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İlk olaraq qeyd edim ki, sosial şəbəkələrlə bağlı bir çox problemləri biz müşahidə etməkdəyik.
Eyni zamanda sosial şəbəkələrdəki yeni tanışlıq səhifələri ilə bağlı biz paylaşımları görürük və təbii ki, bunu müsbət qarşılamırıq".
Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrin bu gün insanlara virtual olaraq təqdim etdikləri imkanlar yaxşı olar ki, müsbət yöndən dəyərləndirilsin.
"Vətəndaşlarımız informasiya texnologiyalarının yaratdığı bu geniş imkanlardan, sosial platformalardan müsbət mövzuları müzakirə etsinlər.
Nəinki hanısa tanışlıq səhifələri yaratmaq və bununla da cəmiyyətdə mənəvi-əxlaqi baxımından aşınmalara səbəb olacaq fəaliyyətdə olsunlar.
Təbii ki, biz buna qarşıyıq, tənqidi yanaşırıq, başqa cür yanaşmada ola bilməz.