Sosial şəbəkələrlə bağlı müzakirə başladı

08.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşdirilir.

Bakıvaxtı.az-ın xəbərinə görə, Milli Məclisin komitələrinin birgə iclasında müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, tələb olunan məlumatların aidiyyəti quruma təqdim edilməməsi, gecikdirilməsi və ya təhrif olunması hallarında vəzifəli şəxslər 6-7 min, hüquqi şəxslər isə 15-20 min manat məbləğində cərimələnəcək.

Qurumun sorğularına 5 iş günü ərzində cavab verilməməsinə görə vəzifəli şəxslər 7-8 min, hüquqi şəxslər 25-30 min manat cərimə ödəyəcəklər.

Eyni zamanda, yaşın yoxlanılması mexanizmlərinin tətbiq edilməməsi, yeniyetmələrin təhlükəsizliyinin təmin olunmaması, zərərli məzmunun vaxtında bloklanmaması və şəxsi məlumatlardan qanunsuz istifadə halları üçün vəzifəli şəxslərə 8-9 min, hüquqi şəxslərə isə 35-40 min manat cərimə nəzərdə tutulur.

Təkrar pozuntular zamanı cərimələr daha da artırılaraq vəzifəli şəxslər üçün 9-10 min, hüquqi şəxslər üçün isə 45-50 min manat təşkil edəcək.

Qanunun qəbul ediləcəyi təqdirdə, o, dərc olunduqdan 12 ay sonra qüvvəyə minəcək.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью