Sosial sığorta haqqı dəyişməyəcək

23.10.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Gələn il sosial sığorta haqqının dərəcəsində dəyişiklik nəzərdə tutulmayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan 8000-ə qədər olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.

Sosial sığorta haqqının dərəcəsində dəyişiklik edilməyəcəyi üçün gələn il də eyni DSMF ayırmaları ödəniləcək. 

Xatırladaq ki, gələn ildən özəl sektorda çalışan şəxslər əlavə olaraq 3% də gəlir vergisi ödəyəcək. 

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью