Sosial xərclər 15% ə yaxın artdı

06.11.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Yanvar-sentyabr aylarında bütün istiqamətlər üzrə sosialyönümlü xərclər 12 643,0 milyon manat təşkil edib ki, bu da dövlət büdcəsi xərclərinin 49,9%-ni təşkil edir və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 643,6 milyon manat və ya 14,9% çoxdur.

“Yeni Sabah” xəbər verir ki, sosialyönümlü xərclərin strukturuna əməyin ödənişi 7 842,5 milyon manat (ötən ilə nisbətən 1 282,6 milyon manat və ya 19,6% çox), sosial ödənişlər 2 426,9 milyon manat (166,5 milyon manat və ya 7,4% çox), Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması 1 275,0 milyon manat (75,0 milyon manat və ya 6,2% çox), icbari tibbi sığorta fonduna ayrılan vəsait 675,0 milyon manat (48,3 milyon manat və ya 7,7% çox) və digər sosialyönümlü xərclər 423,6 milyon manat (71,3 milyon manat və ya 20,2% çox) daxil olub.

Həmçinin müdafiə, milli təhlükəsizlik və hüquq-mühafizə sahələri üzrə büdcə xərclərinə əsasən, təsdiq edilmiş 8 593,1 milyon manatlıq müdafiə və təhlükəsizlik xərclərinin 9 aylıq dövr üzrə icrası 5 246,8 milyon manat (61,1%) təşkil edib. Bütün istiqamətlər üzrə məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərində isə təsdiq edilmiş 3 324,7 milyon manatdan 9 aylıq dövr ərzində 2 197,5 milyon manat icra olunub ki, bu da 66,1% deməkdir. Dördpendirli pizza

Cəlalə Cəlalqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью