Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 15 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində bu ilin yanvar-iyul aylarında 3 min nəfərə stasionar və yarımstasionar şəraitdə xidmətlər göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həssas əhali qruplarına aid olan həmin şəxslər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər xidmətlərlə təmin olunublar.
Onlardan 967 nəfərini uşaqlar təşkil edib.