Sosial xidmət müəssisələrinin gənc sakinləri ahılları ziyarət ediblər

31.01.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 31 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan gənclər və Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları ahıl şəxsləri ziyarət ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2 fevral - Gənclər Günü münasibətilə təşkil olunan tədbirdə gənclər Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə maraqlı vaxt keçiriblər.

Onlar birlikdə dulusçuluq nümunələri hazırlayıb, xalça toxuyublar. Peşə-əmək Reabilitasiya Mərkəzində bərbər kurslarına cəlb edilən gənclər ahılların saçlarına qulluq göstəriblər, aşpaz gənclər isə ahıllarla birgə tort bəzəmə üzrə master-klasda iştirak ediblər.

Sonra ahıllar və gənclər arasında velosiped yarışı keçirilib, qaliblərə hədiyyələr təqdim edilib. Tədbir nəsillərarası ünsiyyətin möhkəmləndirilməsi və səmimi münasibətlərin qurulması məqsədi daşıyıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью