Sosial Xidmətlər Agentliyi sığortaçı seçib

02.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi 9 daşınmaz əmlakının icbari qaydada sığortalanması üzrə birbaşa satınalma həyata keçirib.

 Bakıvaxtı.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Agentliyin seçimi "Atəşgah Sığorta" ASC olub.

Şirkətə 4 822 manat ödəniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью