Sosial Xidmətlər Agentliyi uşaqlar üçün tədbir təşkil edib

25.06.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 25 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Vətənə sevgi” adlı tədbir keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi uşaqların təlim-tərbiyəsində vətənpərvərlik və milli ruhun ön plana çəkilməsinə, həmçinin onların psixoloji və emosional inkişafına dəstək olmaqdan ibarətdir.

Agentliyin Sosial Xidmət mərkəzlərində sosial reabilitasiya proqramına cəlb olunan uşaqların və onların valideynlərinin iştirak etdiyi görüşdə həmin mərkəzlərin nəzdində yaradılan “Parla” inklüziv-mədəni kollektivinin ifasında müxtəlif rəqs, musiqi və digər fəaliyyətlər təqdim olunub.

Konsert proqramından sonra uşaqlar muzeydə yeni açılmış “Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” adlı ekspozisiya ilə tanış olublar.

Sonra muzeyin əməkdaşları tərəfindən uşaqlar üçün master-klass təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью