Sosial yardım üçün şəraitlə bağlı imtina edilərsə, hara şikayət olunmalıdır? CAVAB

27.11.2024

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu sosial yardımın imtinası ilə bağlıdır.

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilməsi məqsədilə maddi-məişət şəraitinin yoxlanışı aparılan zaman imtinaların verilməsi ilə bağlı şikayətlər hara edilməlidir?

Nazirliyin rəsmi saytında onlayn qaydada, yazılı birbaşa müraciət əsasında, Nazirliyin, DOST Agentliyinin, Fondun qəbul şöbələrinə yaxınlaşmaqla, 142 - Çağrı mərkəzinə zəng vurmaqla, yaşayış yeri üzrə Fondun şəhər (rayon) şöbələrinə və DOST mərkəzlərinə müraciət etməklə şikayətini təqdim edə bilər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью